Raul “Real Madrid”dən ayrılır

"Real Madrid"in B komandasının baş məşqçisi Raul klubdan ayrılmaq barədə qərar qəbul edib.
90plus.az xəbər verir ki, Raul əsas komandanın baş məşqçisi olmaq istəsə də, bu arzusuna çata bilməyib.
47 yaşlı mütəxəssis 2019-cu ildən "Real Madrid Kastilya"ya rəhbərlik edir.
"Kastilya" mövsümün son matçını şənbə günü keçirəcək, lakin Raul artıq heyət üzvlərinə ayrıldığını bildirib.
Raul bu klubla UEFA Gənclər Liqası titulunu qazanıb.
Qeyd: Raul 1994-2010-cu illər arasında "Real Madrid"də futbolçu kimi üç Çempionlar Liqası kuboku və 6 La Liqa titulunu qazanaraq Madrid tarixinin ən məşhur oyunçularından biridir. Raul klubda ümumilikdə 741 oyuna çıxıb və 323 qol vuraraq klubun bütün zamanlarının qollar cədvəlində yalnız Kərim Benzema və Kristiano Ronaldodan geridə qalır.
© Copyright 2025, All Rights Reserved