Ərəblər "Real"ın yarımmüdafiəçisini istəyir
“Əl-İttihad” “Fənərbağça"ya keçən N'Golo Kanté üçün əvəzləyici tapıb.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu “Real Madrid”-da çıxış edən Eduardo Kamavinqanı transfer etməyi planlaşdırır. Bu barədə “Mundo Deportivo” xəbər yayıb.
“Əl-İttihad” yay mövsümündə fransalı yarımmüdafiəçini komandaya qatmağa çalışacaq. Klub 23 yaşlı futbolçu üçün böyük maliyyə paketi hazırlayıb.
Qeyd: “Real Madrid” Eduardo Kamavinqanı 2021-ci ilin yayında “Renn”dən 31 milyon avroya transfer etmişdi. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 26 rəsmi oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved