“Real” ehtiyatda olan hücumçu axtarışında…

“Real Madrid” baş məşqçi Xabi Alonsonun tələbi ilə transfer bazarında yeni hücumçu axtarır.
90plus.az xəbər verir ki, klub Xoselu tipində — cərimə meydançasında təsirli, az büdcə ilə transfer oluna biləcək və ehtiyat rolu ilə razılaşacaq futbolçu istəyir.
Alonso daha əvvəl “Bayer Leverkuzen”də Viktor Bonifeys və Borxa İqlesias kimi hücumçularla işlədiyi üçün eyni profildə oyunçuya üstünlük verir.
Kluba təklif olunan futbolçular arasında “Sportinq”in isveçli hücumçusu Viktor Gyökeres də var. Lakin “Real Madrid” onu ehtiyat hücumçu yox, əsas forvard kimi gördüyü və transfer məbləği yüksək olduğu üçün bu variantdan imtina edib.
Klubun digər seçimləri arasında hazırda zədəli olan Endrik yoxdur. Onun əvəzinə İspaniyanın üçüncü divizionunda çıxış edən “Real Madrid Kastilya”nın futbolçusu Qonsalo Qarsiya Klublararası Dünya Çempionatında ehtiyat hücumçu rolunu yerinə yetirəcək.
© Copyright 2025, All Rights Reserved