“Real Madrid” son saniyə penaltisi ilə xilas oldu
İspaniya La Liqasında 2025/26 mövsümünün 22-ci turu çərçivəsində “Real Madrid” öz meydanında “Rayo Valyekano”nu 2:1 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşma olduqca dramatik alınıb. Oyunda qalibiyyət qolunu 90+10-cu dəqiqədə Kilian Mbappenin dəqiq yerinə yetirdiyi penalti zərbəsi müəyyənləşdirib.
Bu mövsüm Mbappe:
37 qoldan 12 penalti – maksimum dəqiqlik!
Qonaq komanda “Rayo Valyekano” matçı 9 nəfərlə başa vurub. Ciss 80-ci dəqiqədə, Çavarria isə 90+14-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu qələbə ilə “Real Madrid” çempionluq yarışında 3 qızıl xal qazanır:
Real Madrid 2 - 1 Rayo Valyekano
V. Junior 15’
J. de Frutos 49’
K. Mbappe 90+10’
Qollar:
https://t.me/doxsanplus/113944
https://t.me/doxsanplus/113950
https://t.me/doxsanplus/113965
Turnir cədvəli:
“Real Madrid” – 2-ci yer, 54 xal
“Rayo Valyekano” – 17-ci yer, 22 xal
Bu qələbə sayəsində “Real Madrid” xalını 54-ə çatdırıb və lider “Barselona”dan cəmi 1 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Madrid klubu növbəti turda səfərdə “Valensiya” ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved