"Real Madrid" Super Liqa layihəsindən imtina etdi
“Real Madrid” Avropa Super Liqasından rəsmi olaraq çıxdı.
90plus.az xəbər verir ki, İspaniyanın “Real Madrid” klubu Avropa Super Liqası layihəsindən rəsmi olaraq çəkildiyini açıqlayıb. Qeyd edək ki, bundan əvvəl layihədən “Barselona” da çıxmışdı.
Beləliklə, iştirakçı klub qalmadığından Super Liqa rəsmi olaraq dayandırılıb.
“Real Madrid”in açıqlamasında deyilir:
“UEFA, Avropa Futbol Klubları (EFC) və ‘Real Madrid’ Avropa klub futbolunun xeyri üçün razılığa gəlib.”
Açıqlamanın davamında qeyd olunur:
“Avropa futbolunun xeyrinə aparılan aylardır davam edən danışıqlardan sonra UEFA, Avropa Futbol Klubları (EFC) və ‘Real Madrid’ prinsipcə razılığa gəldiyini açıqlayır. Bu, idman uğuru prinsiplərinə hörmət etməklə, klubların uzunmüddətli dayanıqlığını təmin etmək və texnologiyadan istifadə edərək azarkeş təcrübəsini yaxşılaşdırmaq məqsədini daşıyır.”
© Copyright 2026, All Rights Reserved