"Real Madrid" Bellingemlə bağlı məcburi qərar verdi

İspaniya nəhəngi "Real Madrid" uzun müddətdir zədəli şəkildə oynayan Cud Bellingem üçün əməliyyat qərarı verib. İngiltərəli ulduz futbolçu yeni mövsümün ilk aylarını buraxacaq.
90plus.az xəbər verir ki, 21 yaşlı Bellingem ötən mövsümün ortasında çiyin nahiyəsindən zədələnmişdi və son 1,5 ildə bu zədə ilə meydana çıxmağa davam etmişdi. Bellingem iyun ayında keçiriləcək Dünya Klub Kubokunun ardından əməliyyat olunacaq.
Zədənin tam sağalması üçün lazım olan müddətin uzunluğu səbəbindən Bellingemin yeni mövsümün ilk bir neçə ayını qaçıracağı bildirilib. Ötən mövsümün gərgin təqvimi, Avropa Çempionatı, UEFA Superkuboku kimi turnirlər səbəbilə əməliyyat prosesi təxirə salınmışdı. Lakin bu yay böyük turnir olmadığı üçün "Real Madrid" rəhbərliyi və tibbi heyət futbolçunun bərpasına qərar verib.
Cud Bellingem son iki mövsümdə "Real Madrid"in heyətində 94 oyuna çıxıb, 37 qol vurub və 27 məhsuldar ötürmə edib. O, bu müddət ərzində UEFA Çempionlar Liqası, La Liqa, UEFA Superkuboku, İspaniya Superkuboku və FIFA Qitələrarası Kubokunu qazanıb.
© Copyright 2025, All Rights Reserved