"Real"ın futbolçusunun yeni klubu bəlli olur

Braziliyalı ulduz futbolçu Rodriqo ilə "Real Madrid" arasında ayrılıq rüzgarları əsir.
90plus.az xəbər verir ki, artıq futbolçunun yeni klubu ilə razılaşmanın yaxın olduğu bildirilir və rəsmi açıqlamanın da qısa müddət ərzində verilməsi gözlənilir.
Bu mövsüm nə UEFA Çempionlar Liqasında, nə də La Liqada istədiyi nəticələri əldə edə bilməyən "Real Madrid"də ciddi dəyişikliklər gözlənilir. Baş məşqçi Karlo Ançelotti ilə mövsüm sonunda yolların ayrılması planlaşdırılan klubda bəzi futbolçularla da vidalaşma prosesi başlayıb.
"Arsenal" klubu Rodriqo ilə ciddi maraqlanır. "Real Madrid"lə aparılan danışıqlarda böyük irəliləyiş əldə edən London təmsilçisi transferi istənilən an rəsmiləşdirə bilər.
Rodriqo üçün yeni mərhələnin başlaması an məsələsi kimi qiymətləndirilir.
📰: Sky Sports
© Copyright 2025, All Rights Reserved