"Real"ın əsas heyət oyunçusu meydanlara geri dönür

Ötən ilin noyabr ayında ön çarpaz bağlarında ciddi xəsarət alan Eder Militao "Real Madrid"in qarşıdakı görüşündə meydana çıxa bilər.
90plus.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi iyunun əvvəlindən komanda ilə birgə məşqlərə başlayıb. Hazırda braziliyalı oyunçu ABŞ-da təşkil olunan Klub Dünya Çempionatında "Real"la birlikdədir.
Militao sabah "Yuventus"la keçiriləcək 1/8 final qarşılaşmasında forma geyinmək şansı əldə etməyə ümidlidir. O, gələcəkdə əsas heyətə dönmək arzusundadır.
© Copyright 2025, All Rights Reserved