Rodriqoya “Real”dan yol görünür

“Real Madrid” Rodriqonun mümkün gedişinə mane olmayacaq.
90plus.az xəbər verir ki, “Real Madrid” braziliyalı vinger Rodriqonun yayda klubdan ayrılmasına mane olmayacaq. Futbolçunun atası və agenti klub rəhbərliyinə Rodriqonun az oynamasından narazı olduqlarını bildiriblər. Bu narazılıqdan sonra “Los Blancos” rəhbərliyi 24 yaşlı oyunçunun transferinə əngəl yaratmamağı qərara alıb (📰: The Athletic).
Baş məşqçi Xabi Alonso da Rodriqonun mümkün gedişinə qarşı çıxmayacaq.
Məlumata görə, “Arsenal” artıq cənubi amerikalı futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb. Mikel Artetanın Rodriqonu heyətində görmək istədiyi qeyd olunur.
Rodriqo ötən mövsümdə Madrid klubunun əsas heyətində vacib rol oynasa da, bəzi oyunlarda ehtiyatda qalması onun gələcəyi ilə bağlı suallar yaradıb.
© Copyright 2025, All Rights Reserved