Ronaldo “Əl-Nəsr”ə qolla qayıtdı
“Əl-Nəsr”dən səfərdə inamlı qələbə – Ronaldo 962-yə çatdı.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasında növbəti turun oyununda “Əl-Nəsr” səfərdə “Əl-Fateh”i 2:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada hesab 18-ci dəqiqədə açılıb. Komandasının heyətinə qayıdan Kriştiano Ronaldo Sadio Manenin ötürməsindən sonra bir toxunuşla topu qapıdan keçirərək “Əl-Nəsr”i önə çıxarıb. Bu, portuqaliyalı ulduzun cari mövsümdə liqada 18-ci qolu olub:
Al Fateh 0 - 2 Al Nassr
K. Ronaldo 18’
A. Yahya 78’
Ronaldonun 962-ci qolu:
https://t.me/doxsanplus/114438
Beləliklə, “Əl-Nəsr” ardıcıl altıncı qələbəsini qazanaraq turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Komanda son 5 liqa oyununda qol buraxmayaraq müdafiədə də sabit çıxışı ilə diqqət çəkir.
Kriştiano Ronaldo üçün isə bu qol xüsusi əhəmiyyət daşıyıb. 41 yaşlı hücumçu karyerasında vurduğu qolların sayını 962-yə çatdırıb və 1000 qol həddinə doğru irəliləməyə davam edir. Portuqaliya millisinin ulduzuna yubiley rəqəmə çatmaq üçün daha 38 qol lazımdır.
© Copyright 2026, All Rights Reserved