Ronaldo Luka Modriç haqda yazdı

”Real Madrid”in əfsanəsi Kristiano Ronaldo klubdan ayrıkmaq ərəfəsində olan Luka Modriç haqda paylaşım edib.
90plus.az xəbər verir ki, Ronaldo mövsümün sonunda "Real Madrid"dən ayrılacağını rəsmən elan edən keçmiş komanda yoldaşı Luka Modriçlə emosional sözlərlə vidalaşıb. 6 qızıl ilini Modriçlə birlikdə klubda keçirən portuqaliyalı ulduz ürək sözlərini Modriçin paylaşımının altına şərh kimi əlavə edib:
"Hər şey üçün çox sağ ol, Luka. Səninlə bu klubda bir çox xatirələri bölüşmək böyük şərəfdir. Gələcəyində uğurlar arzulayıram".
© Copyright 2025, All Rights Reserved