Ronaldonun köhnə sevgilisindən etiraf: "Pul təklif etdilər"
Futbol tarixinin ən böyük ikonlarından biri sayılan Kristiano Ronaldo həm sahədəki uğurları, həm də şəxsi həyatı ilə gündəmdə qalır. Son olaraq Ronaldonun keçmiş sevgilisi Gemma Atkinson maraqlı bir etirafla diqqət çəkib.
90plus.az xəbər verir ki, Atkinson bildirib ki, ayrıldıqdan sonra ona Ronaldo haqqında pis sözlər deməsi üçün böyük məbləğdə pul təklif olunub:
“Ayrıldığımızda, onun haqqında pis şeylər söyləməyim üçün çox pul təklif etdilər, amma mən rədd etdim, çünki onun haqqında danışacağım heç bir mənfi şey yox idi.”
Ronaldo hazırda Səudiyyə Ərəbistanı Liqasında "Al-Nassr" forması ilə çıxış edir. Bu həftə vurduğu qol ilə karyerasında ümumilikdə 962 qol sayına çataraq “1000-lər klubuna” doğru irəliləyir. 38 qol üçün hələ də böyük əzmlə çalışır.
Ronaldo uzun illər birlikdə olduğu Georgina Rodrigez ilə evlilik qərarı alıb. İmzalanmış evlilik müqaviləsi isə diqqət çəkir. Ayrılıq halında Rodrigez ömürlük aylıq 114 min dollar gəlir əldə edəcək və Madriddəki 5,6 milyon dollarlıq La Finca malikanəsi onun mülkiyyətinə keçəcək.
Müqavilənin detalları belədir:
Aylıq 121 min dollar ödəniş
5,6 milyon dollarlıq əmlak
Ömürlük pensiya
Aylıq 110 min dollar uşaq dəstəyi
Aylıq 500 min dollar həyat tərzi xərcləri
İldə 2 milyon dollar
2 lüks avtomobil
İldə iki dəfə tətil
Ayrılıq halında 50 milyon dollar təzminat
Bu açıqlamalar Ronaldonun həm meydandakı rekordları, həm də şəxsi həyatında ciddi diqqət mərkəzində olduğunu bir daha göstərir.
© Copyright 2026, All Rights Reserved