"Sabah" yeni transferini açıqladı
“Sabah” komandası heyətinə yeni oyunçu qatıb.
90plus.az xəbər verir ki, klubun mətbuat xidməti bildirib ki, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra komandanın uğurları üçün mübarizə aparacaq.
25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb və icarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. Razılaşmaya əsasən, “Sabah” icarə müddəti bitdikdən sonra futbolçunu birbaşa transfer etmək hüququna sahib olacaq.
Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin üzvü olan futbolçu yığmada 5 oyunda iştirak edib.
© Copyright 2026, All Rights Reserved