Sabiq "Arsenal"lı Şotlandiya klubuna keçdi
Aleks Oksleyd-Çemberleyn “Seltik”ə keçir.
90plus.az xəbər verir ki, sabiq "Arsenal" yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleyn “Seltik” klubuna keçməyə yaxındır. İngiltərə millisinin üzvü bu gün Qlazqoda olacaq və altı aylıq müqaviləni rəsmiləşdirəcək. Müqavilədə uzatma imkanı da nəzərdə tutulub.
Son bir neçə ay ərzində "Arsenal" ilə məşqlərdə iştirak edən Oksleyd-Çemberleyn indi Şotlandiyada yeni bir mərhələyə başlayacaq.
Qeyd: Çemberleyn bundan əvvəl "Liverpul" və "Beşiktaş"da da oynayıb.
© Copyright 2026, All Rights Reserved