Filip Koutinyo Braziliyanın “Vasko da Qama” klubu ilə vidalaşıb.
90plus.az xəbər verir ki, 33 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə imzalanmış müqavilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilib. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Braziliya millisinin sabiq üzvü komandadan ayrılmaq qərarını özü verib.
Qeyd: Filip Koutinyo 2025-ci ilin yayından etibarən “Vasko da Qama”nın heyətində çıxış edirdi.
© Copyright 2026, All Rights Reserved