Sabiq "Barselona"lı Qazaxıstan klubuna keçir
İspaniya yığmasının və “Barselona”nın keçmiş hücumçusu Pako Alkaser karyerasını Qazaxıstanda davam etdirə bilər.
90plus.az xəbər verir ki, “Kaysar” klubu təcrübəli forvardı transfer etməyi düşünür.
Qazaxıstan Premyer Liqasında çıxış edən komanda ispan futbolçu ilə 1 illik müqavilə bağlamaqda maraqlıdır. Alkaserin yaxın günlərdə qazaxlara son qərarını çatdıracağı gözlənilir.
“Kaysar” ötən ay heyətini “Liverpul”, “Çelsi”, “İnter” və Moskva “Spartak”ında oynamış Viktor Moseslə gücləndirmişdi. Alkaser isə karyerası ərzində “Valensiya”, “Xetafe”, “Barselona”, “Borussiya” (Dortmund), “Vilyarreal”, “Şarjah” və “Emireyts” klublarının formasını geyindikdən sonra azad agentə çevrilib.
Qeyd: Qazaxıstanda yeni mövsümə gələn ay start veriləcək.
© Copyright 2026, All Rights Reserved