“Sevilya” satılır…
“Sevilya” satıla bilər – 300 milyon avroluq danışıqlar gedir.
90plus.az xəbər verir ki, İspaniyanın “Sevilya” klubu yaxın aylarda əldən çıxarıla bilər. “AS” nəşrinin məlumatına görə, klubun 2026-cı ilin əvvəlində təxminən 300 milyon avro qarşılığında satılması gündəmdədir.
Məlumata əsasən, bir neçə xarici investisiya fondu “Sevilya”nı almaqda maraqlıdır. Lakin razılaşmanın baş tutması üçün klubun əsas səhmdarlarının öz aralarında razılığa gəlməsi vacib şərt sayılır.
Hazırda “Sevilya”nın maliyyə durumu da ürəkaçan deyil – klubun borcu 200 milyon avrodan çoxdur.
Bu satışın məqsədi həm borcları ödəmək, həm də gələcəkdə klubun iqtisadi sabitliyini təmin etmək kimi qiymətləndirilir.
© Copyright 2025, All Rights Reserved