“Sevilya”ya yeni baş məşqçi gəldi!

RƏSMİ: Matias Almeyda “Sevilya”nın yeni baş məşqçisi oldu!
90plus.az xəbər verir ki, İspaniyanın “Sevilya” klubu baş məşqçi postuna Argentina millisinin sabiq yarımmüdafiəçisi Matias Almeydanı təyin edib.
Təcrübəli mütəxəssis son olaraq Yunanıstanın AEK klubuna rəhbərlik edirdi və burada uğurlu nəticələrə imza atmışdı. Onun rəhbərliyi ilə AEK həm ölkə çempionatını, həm də kubokunu qazanıb.
Almeyda məşqçilik karyerası ərzində müxtəlif ölkələrdə çalışıb. O, karyerasına vətəni Argentinada “River Pleyt” və “Banfild” klublarında başlamış, daha sonra Meksikada “Qvadalaxara”, ABŞ-da “San-Xose Ertqveyks” komandalarına rəhbərlik etmişdi.
İndi isə 50 yaşlı çalışdırıcı karyerasında ilk dəfə La Liqada çalışacaq. “Sevilya” yeni mövsümə ciddi dəyişikliklərlə başlamağı planlaşdırır və Almeydanın gəlişi bu strategiyanın əsas addımlarından biri kimi qiymətləndirilir.
© Copyright 2025, All Rights Reserved