Sinəsini açmışdı, məşhur olmuşdu, indi o paltarı hərraca çıxardı - FOTO
Niderlandlı sürət konkisi ustası Jutta Leerdam 2026 Milan–Kortina Qış Olimpiya Oyunlarında 1000 metr məsafədə 1:12.31 nəticə ilə olimpiya rekordu qıraraq qızıl medal qazanmışdı.
90plus.az xəbər verir ki, yarışdan sonra etdiyi maraqlı sevinc jesti isə sosial şəbəkələrdə böyük rezonans doğurmuşdu.
Finişdən dərhal sonra kombinezonunun fermuarını açaraq içindəki ağ "Nike" alt geyimini göstərən 27 yaşlı idmançının görüntüləri 6 milyondan çox baxış toplamışdı. Daha sonra bu addımın reklam əməkdaşlığı ilə bağlı olduğu və Lerdamın sponsor razılaşmasından 1 milyon dollardan artıq gəlir əldə edəcəyi iddia edilmişdi. "Nike" şirkəti isə paylaşımında “Bu qədər sürətli olanda icazə istəməzsən” mesajını vermişdi.
İndi isə Yutta Lerdam xeyriyyəçi addımı ilə gündəmə gəlib. O, çempion olduğu yarışda geyindiyi idman geyimini hərraca çıxarıb. İlkin təkliflərin artıq 2 400 avronu keçdiyi bildirilir.
Əldə olunacaq vəsait idmançının uşaqlıq illərində məşqlərə başladığı Peynaker konkisürmə klubuna bağışlanacaq.
Niderland Olimpiya Komitəsinin yüksək performans üzrə idman direktoru Andre Kats məsələ ilə bağlı açıqlamasında bildirib ki, elit idmançılar yetişdikləri klublara xüsusi bağlılıq hiss edirlər və uşaqların idmana cəlb olunmasını dəstəkləmək istəyirlər. Onun sözlərinə görə, bu hərrac yerli idman klublarının istedadların üzə çıxarılması və inkişafında oynadığı mühüm rolu vurğulamaq məqsədi daşıyır.
Beləliklə, rekord və qalmaqallı sevinc jesti ilə gündəm olan Yutta Lerdam bu dəfə həm də xeyriyyə təşəbbüsü ilə diqqət mərkəzinə düşüb.
© Copyright 2026, All Rights Reserved