Təbriz klubu 1/8-də!
“Traktor Təbriz” penaltilərlə kubokda 1/8 finala yüksəldi.
90plus.az xəbər verir ki, İranın Hafzi Kubokunda 1/16 final mərhələsinin ən maraqlı qarşılaşmalarından biri Təbrizdə baş tutub.
Yerli “Traktor Təbriz” klubu prinsipial rəqibi “Persepolis”i dramatik mübarizədən sonra turnirdən kənarlaşdırıb.
Əsas vaxt 1:1 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan “Traktor Təbriz” 8:7 hesablı qələbə qazanaraq 1/8 finala adlayıb.
Traktor Təbriz 1️⃣ – 1️⃣ Persepolis
Penaltilər: 8–7
Hafzi Kuboku, 1/16 final
ℹ️ Təbriz təmsilçisi növbəti mərhələdə mübarizəni davam etdirəcək.
© Copyright 2025, All Rights Reserved