Ter Ştegen kluba əsəbiləşib

Ter Ştegen "Barselona"dan ayrılmaq istəmir, lakin narazıdır.
90plus.az xəbər verir ki, "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen klubun yeni qapıçı transferləri və gələcəyi ilə bağlı qeyri-müəyyənliklərdən narazıdır. "Espanyol"dan 25 milyon avroya transfer edilən Joan Qarsiyanın gəlişi və Voytsec Şensnının müqaviləsinin uzadılması, alman qapıçının əsas heyətdəki mövqeyini təhlükə altına qoyur.
Ter Ştegen bildirib ki, klub onunla gələcəyi barədə danışmayıb, lakin o, "Barselona"da qalacağını düşünür. Mənbələrə görə, o, vəziyyətdən narazıdır və klubun ona qarşı kampaniya apardığını hiss edir. Əgər klub onunla yolları ayırmaq istəsə, ter Ştegen müqaviləsinin müddəti bitənə qədər (2028-ci il) maaşının tam ödənilməsini tələb edəcək.
Klub daxilində ter Ştegenin ayrılmasının maaş yükünü azaldacağı düşünülür. Əgər ona əsas heyətdə yer verilməzsə, xüsusilə gələn il keçiriləcək Dünya Çempionatı öncəsi, o, yeni klub axtarışına çıxa bilər.
© Copyright 2025, All Rights Reserved