Uilyams "Barselona"ya şərt qoydu

Niko Uilyams "Barselona"dan zəmanət tələb edir.
90plus.az xəbər verir ki, "Athletik Bilbao"nun futbolçusu Kataloniya klubuna keçəcəyi halda, yeni mövsümdə dəqiq qeydiyyatdan keçəcəyinə əmin olmaq istəyir.
22 yaşlı vinger ötən mövsüm Dani Olmo və Pau Viktorun üzləşdiyi problemlərlə qarşılaşmaq fikrində deyil.
"Barselona" gələn həftə Nikonun sərbəstqalma məbləğini (58 milyon avro) ödəyib transferini bitirmək istəsə də, "maliyyə feyr-pleyi" ilə bağlı çətinlik yaşayacağı istisna deyil.
© Copyright 2025, All Rights Reserved