Uilyamsın “Barsa” yolunda maneələr bitmir

“Marca” nəşrinin məlumatına görə, “Barselona” hələ də Niko Uilyams və onun nümayəndələri ilə futbolçunun transferdən dərhal sonra qeydiyyatı məsələsində razılığa gələ bilməyiblər.
90plus.az xəbər verir ki, bu məlumat “Gerard Romero”nun açıqladığı məlumata ziddir. Romero iddia edirdi ki, transfer artıq “99-150% tamamlanıb” və Niko gələn mövsüm “Barselona”da çıxış edəcək. Lakin “Marca” bununla qəti şəkildə razılaşmır və bildirir ki, katalon klubunun bu transferə inamı bir həftə əvvəlki qədər güclü deyil.
Bu arada vaxt da tükənir. Həm “Barselona”, həm futbolçu, həm də “Atletik” (Bilbao) bu məsələyə iyulun 9-dək, futbolçunun “Atletik”in mövsümöncəsi məşqlərinə qayıdacağı günədək aydınlıq gətirmək istəyirlər.
Hazırkı vəziyyətə görə, görünür ki, bu transfer hekayəsi daha bir neçə həftə davam edəcək.
Niko Uilyams nə olur-olsun "Barselona"da oynamaq istəyir. "Atletik" isə transfer işini çətinə salır.
© Copyright 2025, All Rights Reserved