Viktor Osimhenlə “Bayern Münhen” maraqlanır
“Qalatasaray”ın ulduzu Viktor Osimhen növbəti mövsüm ərəfəsində hücum xəttini gücləndirməyi planlaşdıran “Bayern Münhen”in maraq dairəsinə düşüb.
90plus.az xəbər verir ki, nigeriyalı hücumçunun sabit qolçuluq performansı bir sıra aparıcı Avropa klublarının diqqətini çəkib və ona maraq sürətlə artmaqdadır.
Osimhen xüsusilə “Napoli”də çıxışı zamanı parlayıb. O, 2022/23 mövsümündə komandanın A Seriyasında çempionluq yürüşündə əsas fiqurlardan biri olub. Hücumçu həmin mövsüm 26 qol vuraraq sürəti, fiziki gücü və dəqiq zərbələri ilə Avropanın ən təhlükəli forvardlarından birinə çevrilib.
Hazırkı forması ilə diqqət mərkəzində qalan 27 yaşlı futbolçunu “Bayern Münhen”lə yanaşı digər böyük klubların da yay transfer pəncərəsi ərəfəsində yaxından izlədiyi bildirilir.
© Copyright 2026, All Rights Reserved