Vinisius instadan “Real”a aid “PİN” etdiyi fotoları silib

Vinisius son vaxtlar göstərdiyi zəif çıxışlara görə tənqid olunarkən “Instagram” profilində etdiyi dəyişikliklərlə onlayn müzakirələrə səbəb olub.
90plus.az xəbər verir ki, braziliyalı hücumçu Klubların Dünya Çempionatına da La Liqanın sonlarından etibarən davam edən zəif forması ilə başlayıb.
Vinisius “Real Madrid”in 14-cü və 15-ci Çempionlar Liqası titullarını qeyd etdiyi iki sabitlənmiş fotonu profilindən silib. Həmçinin, məlumat bölməsindən Real Madrid yazısını və önəçıxanlar (highlights) bölməsindən Real Madrid hissəsini silib.
Bu dəyişiklik sosial şəbəkələrdə dərhal reaksiya doğurub. Bəzi azarkeşlər bunu Vinisiusun klubdakı gələcəyi ilə bağlı qeyri-müəyyən mesaj kimi qiymətləndiriblər. Digərləri isə fotoların silinməsini şərhlərdə aldığı təhqirlərlə əlaqələndiriblər.
Bütün bu fərziyyələrə baxmayaraq, eyni hesabatda qeyd olunur ki, Vinisius hələ də “Instagram” hekayəsində “Real Madrid”dəki komanda yoldaşları ilə birlikdə Mayamidə çəkilmiş şəkillər paylaşır. Bütün əlamətlər onun kluba sadiq qaldığını göstərir və turnirdən sonra yeni müqavilə imzalayacağı gözlənilir.
© Copyright 2025, All Rights Reserved