Xabi Alonso Laportaya cavab verdi

Xabi Alonsonun Laportaya cavabı: “Real Madrid”də də azadlıq və demokratiya hissi var”.
90plus.az xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Xabi Alonso “Barselona” prezidenti Joan Laportanın gündəm yaradan fikirlərinə cavab verib. Təcrübəli çalışdırıcı həm rəqibin dediklərinə toxunub, həm də öz komandasının oyun fəlsəfəsi haqda danışıb.
Laporta bir neçə gün əvvəl verdiyi açıqlamada “Real Madrid”in “güc hissi”, “Barselona”nın isə “azadlıq hissi” ilə assosiasiya olunduğunu bildirmişdi. Alonso bu fikirə belə münasibət bildirib:
““Real Madrid”in də azadlıq və demokratiya hissi var. Eyni zamanda, “Barsa” da müəyyən güc sahibidir. Bu, hər iki tərəfə işləyir”.
Alonso eyni zamanda komandasının taktiki yanaşmasını da açıqlayıb. Onun sözlərinə görə, “Real Madrid”də hər bir futbolçu yalnız hücumda yox, müdafiədə də üzərinə düşəni yerinə yetirməlidir:
“Komandamda hamı müdafiə olunmağı bacarmalıdır. 11 futbolçunun hər biri müdafiəyə kömək göstərməlidir. Həmçinin onlar necə pressinq etməli olduğumuzu anlamalıdırlar. Bu prosesdə hamı – hətta Vinisius, Bellinqem, Valverde və Mbappe də iştirak etməlidir. Rəqibi daha irəlidə qarşılamalı, sıxmalıyıq. Hər bir futbolçum bunu yaxşılaşdırmaq üzərində işləyir”.
📰: F. Romano; ESPN; İspan mediası
Xatırlatma: Xabi Alonso 2024/25 mövsümünün sonunda “Real Madrid”in baş məşqçisi postuna təyin olunub. Onun rəhbərliyi ilə “Kral klubu” qarşıdakı mövsüm həm La Liqa, həm də Çempionlar Liqasında əsas favoritlərdən biri sayılır.
© Copyright 2025, All Rights Reserved