Xabi-Qrimaldo “Real”da birləşir

Xabi-Qrimaldo işbirliyi bu dəfə "Real Madrid"də! Danışıqlar başladı!
90plus.az xəbər verir ki, “Real Madrid” Alvaro Karrera əvəzinə Alexandro Qrimaldo ilə danışıqlara başlayıb.
“Real Madrid” yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün planlaşdırdığı Alvaro Karrera transferində çətinliklərlə qarşılaşdığından, alternativ variantlara yönəlib. İspaniyanın tanınmış “Cadena Ser” radiosunun məlumatına görə, Madrid klubu “Bayer Leverkuzen”in sol cinah müdafiəçisi Alehandro Qrimaldo ilə rəsmi danışıqlara start verib.
Mənbəyə əsasən, Qrimaldo “Real Madrid”in marağına müsbət yanaşır və bu keçidi karyerasında yeni bir mərhələ kimi görür. Xüsusilə də, İspaniya yığmasının üzvü olan futbolçunun yenidən Xabi Alonsonun rəhbərliyi altında çıxış etmək istədiyi bildirilir. Qrimaldo 2023/24 mövsümündə məhz Alonsonun rəhbərliyi altında əla performans sərgiləyərək həm “Bundesliqa” çempionluğu, həm də şəxsi statistikası ilə diqqət mərkəzinə düşmüşdü.
“Real Madrid” rəhbərliyinin Alvaro Karrera ilə danışıqlarda yaşanan irəliləyişsizliyin səbəbi kimi transfer qiymətindəki fikir ayrılıqları və oyunçunun digər Avropa klublarından aldığı təkliflər göstərilir. Bu səbəbdən klub rəhbərliyi alternativ variantlar üzərində fəal işləməyə başlayıb və Qrimaldo əsas hədəflərdən birinə çevrilib.
29 yaşlı Alehandro Qrimaldo 2023-cü ilin yayında “Benfika”dan azad agent kimi “Bayer Leverkuzen”ə keçmiş və debüt mövsümündə Almaniya klubunun əsas oyunçularından birinə çevrilmişdi.
© Copyright 2025, All Rights Reserved