Zidan: "Yamalı izləmək möhtəşəmdir"

Zidan Lamin Yamalın oyununa heyranlığını gizlətməyib.
90plus.az xəbər verir ki, sabiq "Real Madrid"li Zinəddin Zidan "Barselona"nın gənc futbolçusunu tərifləyib:
"Yamalın necə çıxış etdiyini görəndə... 17 yaşlı futbolçunun bu səviyyədə oynaması inanılmazdır. Onun performansını izləmək möhtəşəmdir, hamımız bundan həzz alırıq.
"Lamin məhz bu səbəbdən uşaqlar və yeniyetmələr üçün qəhrəmandır. Hər nəslin öz kumirləri var və bu, əladır".
© Copyright 2025, All Rights Reserved