2025 Ballon d'Or: 1 ay daha tez olacaq
2025 Ballon d'Or (Qızıl Top) mükafatlandırma mərasimi 22 sentyabrda Parisin nüfuzlu "Şatle" teatrında keçiriləcək.
90plus.az xəbər verir ki, bütün kateqoriyalar üzrə namizədlərin siyahısı isə rəsmi olaraq 7 avqustda açıqlanacaq.
Bu ilki tədbirdə 30 kişi və 30 qadın futbolçu idmanın ən nüfuzlu fərdi mükafatı uğrunda mübarizə aparacaq. Ballon d'Or ilə yanaşı, bir neçə digər əsas mükafat da təqdim olunacaq:
- Kopa Trophy – 21 yaşadək ən yaxşı futbolçu
- Yashin Trophy – Ən yaxşı qapıçı
- Johan Cruyff Trophy – Ən yaxşı baş məşqçi
- Gerd Müller Award – İlin ən çox qol vuran futbolçusu
Tarixdə ilk dəfə olaraq bütün fərdi mükafatlar həm kişilər, həm də qadınlar üçün təqdim ediləcək. Bu isə futbolun qlobal mükafat sistemində gender bərabərliyinə doğru mühüm addım kimi qiymətləndirilir.
2025-ci il mərasimi, həmçinin, əvvəlki illərlə müqayisədə bir ay daha tez keçiriləcək. Təşkilatçılar bu qərarı futbol təqvimi ilə daha uyğunlaşmaq və qadın futboluna da bərabər diqqət göstərmək məqsədilə verdiklərini bildiriblər.
Hazırda "Qızıl Top"a iddialılar arasında aşağıdakı futbolçular ön plandadır:
Usman Dembele, Lamin Yamal, Rafinya, Mohamed Salah, Vitinya, Kilian Mbappe, Kviça Kvaratsxeliya, Canluici Donnarumma.
© Copyright 2026, All Rights Reserved