Ançelotti rəsmən bu tarixdə ayrılacaq
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti may ayının son günlərində "Kral klubu" ilə yollarını ayıracağını rəsmən bəyan edəcək.
90plus.az xəbər verir ki, İtaliyalı çalışdırıcı eyni zamanda Braziliya yığmasına baş məşqçi təyin olunmaqla bağlı qərarını da açıqlayacaq. Həmin vaxt "Bayer"in çalışdırıcısı Xabi Alonso "Real Madrid"in yeni baş məşqçisi kimi rəsmi olaraq təqdim olunacaq.
Ançelotti 2021-ci ilin yayında "Real Madrid"ə yenidən baş məşqçi təyin olunmuşdu. O, 2013–2015-ci illər arasında da bu komandaya rəhbərlik etmişdi. Təcrübəli mütəxəssisin rəhbərliyi ilə "Los Blankos" üç dəfə UEFA Çempionlar Liqasını, iki dəfə La Liqa çempionatını və bir dəfə də İspaniya Kubokunu qazanıb. Ançelottinin klubla müqaviləsi 2026-cı ilin yayına qədər davam edir.
© Copyright 2026, All Rights Reserved