4 qat Avropa çempionu Həsrət Cəfərov: “Tarixi uğurumu qızıma həsr edirəm”
Həsrət Cəfərov tarix yazdı – ardıcıl dördüncü Avropa çempionluğuna nail oldu!
90plus.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov növbəti dəfə qızıl medal qazanıb.
67 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli Murat Fırata qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu nəticə ilə Cəfərov ardıcıl dördüncü dəfə Avropa çempionu adını qazanaraq karyerasında tarixi uğura imza atıb.
Görüşdən sonra açıqlama verən güləşçi sevincini gizlətməyib:
“Bu gün çox sevincliyəm. Ardıcıl 4-cü qızılımı qazanıram. Həqiqətən də bu qızılların arxasında böyük əziyyət, zəhmət dayanır.”
O, qazandığı uğurun xüsusi hisslər yaşatdığını bildirib:
“Bu qızılı qazandıqdan sonra onun həzzini indi hiss edirəm. Heç bir əziyyət yadıma düşmür. Yalnız yadda qalan bu qızıl olur.”
Həsrət Cəfərov sonda bu qələbəni ailəsinə ithaf etdiyini vurğulayıb:
“Bu qızılımı, tarixi uğurumu qızıma həsr edirəm.”
© Copyright 2026, All Rights Reserved