Antoniyə 2 Avropa kuboku birdən - Futbol tarixinə keçə bilər
"Mançester Yunayted"in braziliyalı futbolçusu Antoni bu mövsüm Avropa futbol tarixində misilsiz bir nailiyyətə imza ata bilər.
90plus.az xəbər verir ki, yanvar ayında icarə əsasında İspaniyanın "Real Betis" klubuna keçən Antoni burada parlaq çıxışı ilə diqqət mərkəzinə düşüb. O, 21 oyunda 8 qol vuraraq komandasının Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəsinə böyük töhfə verib.
Futbolçunun bu performansı ona həm UEFA Avropa Liqası, həm də Konfrans Liqasında tarix yazmaq imkanı yaradıb. Cümə axşamı "Mançester Yunayted" "Atletik Bilbao"nu iki oyunun nəticəsinə görə 7:1 hesabı ilə məğlub edərək Avropa Liqasının finalına yüksəldi. İngilis klubu finalda 21 may tarixində "Tottenhem"lə qarşılaşacaq.
Eyni zamanda Antoninin 1 qol və 1 assistlə oynadığı matçda "Betis" "Fiorentina"nı əlavə vaxtda məğlub edərək Konfrans Liqasının finalına vəsiqə qazanıb. İspan təmsilçisi 28 mayda "Çelsi" ilə qarşılaşacaq.
Hər iki turnirdə iştirak etdiyi üçün Antoni hər iki klubun qalib gəlməsi halında iki ayrı Avropa kubokunu eyni mövsümdə qazanan ilk futbolçu ola bilər.
© Copyright 2026, All Rights Reserved