“Arsenal” Gyökeresdən vaz keçir
"Arsenal” Viktor Gyökeresin transferini “dondurub” ( 📰: Record Portugal).
90plus.az xəbər verir ki, London klubu “Sporting”in 80 milyon avro dəyərindəki tələbini eşitdikdən sonra bu keçiddən imtina etdiyi iddia olunur. Klub rəhbərliyi Gyökeresin transfer qiymətini çox yüksək hesab edib və artıq onu hücum xətti üçün əsas namizəd kimi görmür.
Bunun əvəzinə “Arsenal” yenidən “RB Leipzig”in hücumçusu Benjamin Şeşko ilə maraqlanmağa başlayıb.
Qeyd: Gyökeres daha əvvəl Çempionlar Liqasında oynamadığı üçün “Mançester Yunayted”in təklifini də rədd etmişdi. Lakin görünən odur ki, isveçli hücumçu digər iddialı klublar üçün də çox baha başa gəlir. Bu duruma görə Gyökeres "Sportinq"ə qarşı çox əsəbidir.
© Copyright 2026, All Rights Reserved