"Azarkeşləri maraqlı oyun gözləyir" R.Sadıqov
"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları "DAK 1904"lə matç öncəsi mətbuat konfransında açıqlama verib.
90plus.az xəbər verir ki, baş məşqçi sözlərində belə qeyd edib:
"Çalışacağıq ki, ilk oyunda sərfəli nəticə qazanaq və səfər matçında bir az üstünlüyümüz olsun. Cütün taleyi ikinci matçda həll olunacaq. Bu, rəqib üçün əlavə üstünlükdür. Amma öncə sabahkı matçı düşünürük. Allah qoysa, sabah düşündüyümüz oyun planı işləyər".
"Suma (qırmızı vərəqə alaraq meydandan qovulan) tək meydanda olan futbolçulara qarşı yox, özünə qarşı da yanlış hərəkət etmiş oldu. Düşünürəm ki, onun gələcək karyerası sual altına düşüb. "Zirə"də onu güclü cəza gözləmir. Çünki mən futbolçularımı cəzalandırmağı sevən məşqçi deyiləm. Yəqin ki, komanda olaraq bizi cərimə gözləyir. Mən öz futbolçumu cəzalandırsam da, nəticə dəyişməyəcək. O, bizi çətin meydanda çətin vəziyyətdə qoydu".
Qeyd: UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Zirə"-"DAK 1904" görüşü iyulun 25-də, saat 20:30-da “Dalğa Arena”da başlayacaq.
© Copyright 2026, All Rights Reserved