Azərbaycanlı hakim final oyununu idarə edəcək!
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Batumidə keçirilən Avro Çimərlik Futbolu Liqasında (EBSL) B Divizionunun finalında qarşılaşmanı idarə edəcək.
90plus.az xəbər verir ki, bu gün keçiriləcək həlledici görüşdə Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri komandaları üz-üzə gələcəklər.
Qeyd: Bakı vaxtı ilə saat 20:30-da start götürəcək finalın 2-ci hakimi Baqi Çaba, 3-cü hakimi Kaxa Vaşadze, 4-cü hakimi isə Azərbaycanın digər referisi Nail Nağıyevdir.
Mənbə: AFFA-nın media hesabı
© Copyright 2026, All Rights Reserved