Ağdaşın futbol fədaisi dünyasını dəyişib
Ağdaş sakinləri çayda çimərkən boğulub.
90plus.az xəbər verir ki, şəhər sakini Ağazadə Fərid Ağa oğlu rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub. Onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, Əliyev Rəhman Cəfər oğlu da çayda boğularaq ölüb.
Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Çayda boğularaq dünyasını dəyişən Rəhman Əliyev ötən mövsüm Azərbaycan 2-ci liqasında yarışmış "Ağdaş" klubunun rəhbəri olub.
34 yaşlı Əliyev evliydi, 3 övladı var.
Allah rəhmət eləsin!
Mənbə: APA, idmanxeber.az
Sosial şəbəkələrdə onun haqqında yazılan rəylərdə belə qeyd olunub:
"Əliyev klubun həm prezidenti, həm baş məşqçisi, həm də yeri gələndə stadionun otunu biçən idi.
Klubu üçün özünü heç nədən geri çəkməzdi.
Bir dəfə Ağdaş çörək zavodunu kluba sponsorluq etməyə də razı salmışdı.
Ağdaşda uşaq futboluna da kömək edirdi.
Futbolçu yetişdirib Qəbələ akademiyasına yollayırdı.
Rayonda çempionatlar təşkil edirdi. Azarkeş yığardı yarışlara…
Futbolun inkişafı üçün ağlınıza gələ biləcək hər şeyi edirdi.
Bayramlarda pul yığıb kasıb ailələrə yardım da təşkil edərdi".
© Copyright 2026, All Rights Reserved