Bellingem əməliyyat olunacaq
Cud Bellingem əməliyyat olunacaq: “Bu vəziyyət daha davam edə bilməz”.
90plus.az xəbər verir ki, “Real Madrid”in gənc ulduzu Cud Bellinqem yayda əməliyyat masasına uzanacaq. İspaniya təmsilçisinin aparıcı yarımmüdafiəçisi çiynindəki uzunmüddətli zədədən qurtulmaq üçün Klubların Dünya Çempionatı başa çatdıqdan sonra əməliyyat olunacağını təsdiqləyib.
Bellingem ESPN-ə verdiyi açıqlamada bildirib ki, hazırda ağrılar o qədər də güclü olmasa da, vəziyyətin daha da uzanması risklidir:
“Hazırda özümü pis hiss etmirəm, ağrı dözülməz deyil. Amma turnirdən bir neçə gün sonra əməliyyat planlaşdırılıb. Buna görə rahatam, çünki bu problem çox uzun müddətdir davam edir”.
İngiltərəli futbolçu deyib ki, zədəni yüngülləşdirmək üçün xüsusi qoruyucu geyimdən istifadə etsə də, bu üsul artıq kifayət etmir:
“Qoruyucu geyim taxıram, amma bu şəkildə davam etmək mümkün deyil. Həkimlər və klubun tibbi heyəti əllərindən gələni edir, amma artıq bu problemdən tam xilas olmaq istəyirəm”.
Qeyd: Bellingem 2023-cü ilin noyabrından bu yana çiynindəki zədə ilə oynayır və bu müddət ərzində dəfələrlə meydanda ağrılar içində qalsa da, oyunlara davam edib.
© Copyright 2026, All Rights Reserved