Böyük Britaniya klubu borca görə adını dəyişdi
"Dambarton" borclar səbəbilə fəaliyyətini dayandırır – klub yeni adla yola davam edəcək.
90plus.az xəbər verir ki, Şotlandiyanın tarixi klublarından biri olan və 1891-ci ildə ölkə çempionu olmuş "Dambarton" rəsmi olaraq fəaliyyətinə son verib. Lakin klub tamamilə yox olmur – bundan sonra "Dambarton Futbol Klub 1872 LTD" adı altında fəaliyyətini davam etdirəcək.
Bu addımın atılmasına səbəb klubun illərdir yığılan borcları olub. Maliyyə çətinlikləri səbəbindən "Dambarton" hüquqi olaraq fəaliyyətini dayandırmalı olub və yenidənqurma məqsədilə yeni hüquqi şəxsiyyətdə qurulub.
2023-cü ilin noyabr ayından klub müvəqqəti idarəetmə altına keçib və 2024/25 mövsümünün sonunda Şotlandiya İkinci Divizionuna yuvarlanıb.
Hazırda həyata keçirilən bu struktur dəyişikliyi 2012-ci ildən bəri Şotlandiya Peşəkar Futbol Liqasında ilk nümunədir. Bu cür sonuncu dəyişiklik "Reyncers" klubu tərəfindən edilmişdi.
📰: The Herald
© Copyright 2026, All Rights Reserved