Bu dəfə "Qalatasaray" meydanı tərk etdi
Türkiyədə idman dünyasında mübahisəli hadisələr davam edir.
90plus.az xəbər verir ki, bu dəfə basketbol üzrə Türkiyə kubokunun yarımfinal matçı gərgin anlarla yadda qalıb. "Fənərbaxça" və "Qalatasaray" komandaları arasındakı qarşılaşmada, "Fənərbaxça"nın azarkeşləri meydançaya yad əşyalar atıblar.
Hadisənin qeyri-adi vəziyyətə çevrildiyini görən "Cim-Bom"un oyunçuları meydanı tərk ediblər. "Fənərbaxça"lılar dərhal tribuna yaxınlaşaraq azarkeşləri sakitləşdiriblər. Bundan sonra "Qalatasaray" oyunçuları yenidən meydana qayıdaraq oyuna davam ediblər. Matç "Fənərbaxça"nın 89:74 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd: "Qalatasaray"la əlaqəli daha bir mübahisəli hadisə ötən həftə Türkiyə futbol çempionatında baş vermişdi. "Adana Dəmirspor" komandası "aslanlar"la oyunda hakim qərarlarına etiraz edərək meydanı tərk etmişdi.
© Copyright 2026, All Rights Reserved