Bu gün balansımıza 5 oyunçu əlavə olundu
Bu gün Misli Premyer Liqası klublarından "Araz-Naxçıvan" və "Turan Tovuz" transfer həyata keçirib.
90plus.az xəbər verir ki, "Araz-Naxçıvan" klubu millinin üzvü İlham Alıyevi və Ramon Maçadonu transfer edib. Maçado ilə 1 illik sözləşmə imzalanıb.
"Turan Tovuz" klubu isə iranlı futbolçu Araş Qadiri ilə 2+1 illik müqavilə imzalayıb. Əlavə olaraq klub Rüfət Əhmədovu da heyətinə qatıb. Oyunçu ilə 2+1 illik anlaşma imzalanıb.
Günün sonunda isə "Neftçi" alman Robert Baueri 3 illik heyətinə qatdı.
Qeyd: Azərbaycan millisinin keçmiş oyunçusu Tərlan Quliyev "Turan Tovuz" klubundan ayrılıb.
© Copyright 2026, All Rights Reserved