Dünya Kuboku: 2 klub 1/8-də; ikisi dayandı!
“Əl-Əhli” və “Portu” Klubların Dünya Çempionatında 4:4 hesablı möhtəşəm heç-heçə etdilər, amma hər iki komanda turnirlə vidalaşdı.
90plus.az xəbər verir ki, Klubların Dünya Çempionatının A qrupunda baş tutan son oyunda “Əl-Əhli” və “Portu”nun 4:4 hesablı nəticəsi heç bir komandaya mərhələ keçmək üçün kifayət etməyib – çünki eyni vaxtda keçirilən oyunda “İnter Mayami” və “Palmeyras” arasında 2:2 hesablı heç-heçə hər iki cənubi amerikalı komandanın 1/8 finala çıxmasını təmin edib.
Fələstinli hücumçu Vissam Əbu Əli “Əl-Əhli”nin heyətində het-trik müəllifi olub, digər qolu isə Məhəmməd Əli Bin Romzan vurub. “Portu” isə geridən gələrək hər dəfə hesabı bərabərləşdirməyə nail olub.
Portuqaliya təmsilçisinin heyətində yeniyetmələr – Rodriqo Mora və Uilyam Qomeş, əvəzetmə ilə oyuna daxil olan Samu Aqeheova və təcrübəli Pepe fərqləniblər. Oyunda müdafiə, demək olar ki, unudulmuşdu – hər iki komanda mümkün qədər çox qol vurmaq üçün bütün risklərə getmişdi, lakin bu da xeyir etmədi.
Oyunun ən yaxşısı seçilən Vissam Əbu Əli:
“Çox kədərlənmişəm, həm də çox. Düşünürəm ki, 5-6 qol da vura bilərdik. Qələbə və daha çox qol üçün şansımız var idi.”
“Əl-Əhli”nin baş məşqçisi Xose Riveyro oyunu belə dəyərləndirib:
“Fikrimcə, ikinci hissə artıq normal futbol deyildi. Azarkeşlər üçün çox maraqlı bir oyun oldu, çoxlu qol vuruldu. Amma təbii ki, istədiyimiz nəticəni ala bilmədik. Biz mərhələ keçmək istəyirdik.”
Beləliklə, A qrupundan “İnter Mayami” və “Palmeyras” 1/8 finala yüksəlib. “Əl-Əhli” və “Portu” isə turnirlə vidalaşıblar.
© Copyright 2026, All Rights Reserved