Futbolçunun tələbi məhkəmə tərəfindən rədd edildi
Braziliya millisinin və İspaniyanın "Real" klubunun keçmiş oyunçusu Robinyonun həbs müddətinin azaldılması ilə bağlı tələbi məhkəmə tərəfindən rədd edilib.
90plus.az xəbər verir ki, məhkəmə 40 yaşlı oyun,unun ittiham olunduğu cinayətin ağır kimi tanınmasını istəyib.
Belə ki, futbolçu 2017-ci ildə zorlamaya görə 9 il müddətinə həbs edilib. Hadisə 2013-cü ildə Milan şəhərində baş verib. O, beş nəfərlə birlikdə 22 yaşlı alban qızı zorlamaqda təqsirli bilinib.
Məhkəmə tərəfindən həbs qərarı çıxarılan zaman o, Braziliyada yaşayırdı. İki ölkə arasında cinayətkarların ekstradisiyası ilə bağlı müqavilə olmasa da, 2024-cü ildən Braziliyanın ali məhkəməsi futbolçunun məhz öz ölkəsində cəza çəkə biləcəyini açıqlayıb.
Qeyd: Oyunçu Braziliyanın “Santos” və “Atletiko Mineiro”, İspaniyanın “Real", İngiltərənin “Mançester Siti”, İtaliyanın “Milan” və Çinin “Quançjou Everqrand” klublarında çıxış edib. Son klubu isə Türkiyə təmsilçisi "Başakşəhər" olub.
Mənbə: Globo Esporte
© Copyright 2026, All Rights Reserved