İsakın qolu İngiltərədə ən sürətli oldu

"Nyukasl"dan Aleksandr İsakın qolu İngiltərədə mövsümün ən sürətli zərbəsi nominasiyasında hamını qabaqladı.
90plus.az xəbər verir ki, İngiltərədə mösümün "ən"ləri öz mükafatlarını almağa davam edir. "Nyukasl"dan Aleksandr İsakın 14-cü turda "Liverpul"la keçirilən oyunda vurduğu qol ən sürətli qol nominasiyasında mükafata layiq görüldü. Bildirilən məlumatlara inansaq, İsakın vurduğu zərbə saatda 108 km sürətlə qapıya daxil olub. Həmin qol oyunda vurulan ilk qol olub və matç 3-3 bitib.
Maraq üçün qeyd edək ki, həmin oyunda "Liverpul" qapısını Kuimhen Kelleher qoruyub.
© Copyright 2025, All Rights Reserved