“Man Yunayted” Bruno Fernandeşi saxlayır
"Mançester Yunayted" Bruno Fernandeşi saxlamaq fikrinə müsbət baxır.
90plus.az xəbər verir ki, Bruno Fernandeş növbəti mövsümdə də "Mançester Yunayted"də qalmağa yaxın görünür.
Məlumata görə, "Mançester Yunayted" rəhbərliyi portuqaliyalı yarımmüdafiəçini komandada saxlamaqla bağlı optimistdir. Bu məsələdə əsas faktor kimi klubun UEFA Çempionlar Liqasına vəsiqə qazanması göstərilir.
Çempionlar Liqasında oynamaq şansının futbolçunun qərarında həlledici rol oynaya biləcəyi bildirilir.
ℹ️ 31 yaşlı futbolçu cari mövsümdə də yüksək performans sərgiləyir. O, 30 oyunda 8 qol vurub və 17 assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved