Simeone La Liqanı Çempionlar Liqasına qurban edir
"Atletiko Madrid" La Liqanı “ikinci plana” ata bilər – Simeone üçün böyük plan!
90plus.az xəbər verir ki, "Atletiko Madrid”lə bağlı maraqlı iddia gündəmə gəlib. Komandanın “Barselona”nı keçməsi halında baş məşqçi Dieqo Simeone mövsümün qalan hissəsi üçün çox radikal qərar qəbul edə bilər.
Məlumata görə, klub rəhbərliyi Simeoneyə La Liqada əsas heyətin tamamilə dincəldilməsi üçün tam sərbəstlik verməyə hazırdır.
Plan belədir: Komanda bütün diqqətini UEFA Çempionlar Liqasına yönəldəcək və La Liqa matçlarında əsas heyətin futbolçularına istirahət veriləcək.
Klub daxilində böyük inam var ki, “Atletiko Madrid” turnirdə finala gedən yolda real şanslara malikdir və yarımfinal mərhələsində yalnız “Arsenal” və ya “Sportinq” kimi rəqiblər maneə ola bilər.
Bu səbəbdən Madrid təmsilçisinin bütün gücünü Avropa səhnəsinə yönəltmək istədiyi bildirilir.
Simeone və klubun bu planı həyata keçirib-keçirməyəcəyi isə yaxın günlərdə “Barselona” ilə qarşılaşmanın nəticəsindən sonra daha aydın olacaq. (1/4 finalın ilk oyunu 2:0 Madrid təmsilçisinin xeyrinə başa çatıb)
© Copyright 2026, All Rights Reserved