“Napoli” prezidenti: “Niyə futbolçuları milliyə pulsuz yollamalıyam”?!”
"Napoli" prezidentindən UEFA və FIFA-ya sərt ittihamlar: “Oyunçularımız pulsuz aparılır”.
90plus.az xəbər verir ki, Aurelio De Laurentiis "Napoli" və milli komandalarla bağlı futbolçuların vəziyyətinə dair sərt açıqlama verib.
"Napoli" prezidenti bildirib ki, beynəlxalq oyunlarda futbolçuların zədələnməsi klublar üçün ciddi maliyyə itkisi yaradır və mövcud sığorta sistemi yetərli deyil.
Aurelio De Laurentiis qeyd edib ki, futbolçular milli yığmalara gedərkən klublar böyük risk daşıyır və bu riskə görə kompensasiya mexanizmi olmalıdır.
"Napoli" rəhbəri açıqlamasında bildirib:
“Milli komandada oynayarkən futbolçu zədələnirsə, niyə sığorta yoxdur? Niyə bunu UEFA və FIFA tətbiq etmir?
Əgər futbolçu bir ay sıradan çıxırsa, müəyyən məbləğ ödənilməlidir. Daha uzun müddət oynamırsa, uyğun kompensasiya verilməlidir. Bir il oynamırsa, eyni səviyyədə yeni futbolçu almağa imkan verəcək qədər ödəniş edilməlidir.
Onlar bizim futbolçularımızı istəyirlərsə, bunun pulunu ödəməlidirlər. Əgər futbolçunun illik maaşı 10 milyon avrodursa, bir ay üçün 1 milyon ödənilməlidir.
Niyə mən onları pulsuz göndərməliyəm? Onlar mənim sərvətimdir, onların yox. 15 futbolçunu çağırıb heç nə ödəməmək asandır — ya da agentlərdən gizli ödənişlər almaq. Bu, peşəkar deyil, amma İtaliyada baş verir.”
Açıqlamalar Avropa futbolunda klublar və milli komandalar arasında futbolçuların zədələnməsi və kompensasiya sistemi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
© Copyright 2026, All Rights Reserved