Kristian Eriksenin vida sözləri – "İnanılmaz xatirələrim var"

"Mançester Yunayted"in danimarkalı yarımmüdafiəçisi Kristian Eriksen 3 illik macəradan sonra "Old Trafford" ilə yollarını ayırdı. Klub 33 yaşlı futbolçunun müqaviləsini yeniləmədiyini açıqlayıb.
90plus.az xəbər verir ki, təcrübəli futbolçu ayrılığını şəxsi Instagram hesabından paylaşdığı emosional mesajla paylaşıb. Kristian Eriksen paylaşımında bunları deyib:
“Son 3 ildə "Mançester Yunayted"in futbolçusu olaraq məni dəstəkləyən bütün azarkeşlərə çox təşəkkür edirəm. İlk gündən etibarən məni və ailəmi isti qarşılayan klubdakı bütün mehriban və zəhmətkeş insanlara da minnətdaram.”
Danimarkalı ulduz həmçinin komanda yoldaşlarına da təşəkkür etməyi unutmayıb:
“Komanda yoldaşlarıma da təşəkkür edirəm. Paltardəyişmə otağını və meydanı sizinlə paylaşmaq böyük zövq idi. Möhtəşəm bir zaman keçirdim və sonsuza qədər yadda saxlayacağım inanılmaz xatirələr qazandım. Təşəkkürlər, Kristian.”
Kristian Eriksen "Mançester Yunayted" forması ilə 3 mövsüm ərzində həm Premyer Liqada, həm də Avropa turnirlərində vacib rol oynamış, meydandakı zəkası və texnikası ilə azarkeşlərin rəğbətini qazanmışdı.
Həmçinin oxu:
Brunu Fernandeşə ərəb klubundan şok təklif – 3 ilə 200 milyon funt!
© Copyright 2025, All Rights Reserved