Levandovski ərəblərə vəd verib
Səudiyyə Ərəbistanı mediasının məlumatına görə, Robert Levandovski “Barselona” ilə müqaviləsi 2026-cı ildə başa çatdıqdan sonra Səudiyyə Ərəbistanı çempionatına keçməyə razılıq verib.
90plus.az “Al-Riyadiyah” nəşrinə istinadla xəbər verir ki, polşalı hücumçunun artıq agentliyinə Yaxın Şərqdə oynamaq istədiyini bildirib.
Nəşr Levandovskinin agentliyi olan “Gol International”dan bir nümayəndənin açıqlamasına istinadən yazıb: “Hazırda oyunçu ilə Səudiyyə Ərəbistanı çempionatı arasında heç bir danışıqlar aparılmır, lakin bu, baş verəcək. 2026-cı ildən etibarən o, Səudiyyə klublarından birinə qoşulacaq.”
Bu, Levandovskinin Səudiyyəyə mümkün keçidi ilə bağlı yayılan ilk xəbər deyil. Lakin indiyədək futbolçu və ətrafı bu iddiaları rədd etmiş, əsas prioritetinin “Barselona” ilə müqaviləsini başa vurmaq olduğunu vurğulamışdı.
Hesabatda həmçinin bildirilib ki, 2026-cı ildən sonrakı dövr üçün heç bir yeni müqavilə planı yoxdur. Mövsümün sonunu zədə səbəbindən buraxan Levandovski daha sonra psixoloji və fiziki yorğunluq səbəbilə Polşa millisinin oyunlarından imtina etmişdi. Bu qərar ölkəsində narazılıq yaratmış və nəticədə o, kapitanlıqdan məhrum edilmişdi.
© Copyright 2026, All Rights Reserved