Lionel Messi 1250 qolda adı olan ilk futbolçudur!
Lionel Messi futbol tarixində 1,250 qola töhfə verən ilk oyunçu oldu.
90plus.az xəbər verir ki, futbol dünyasında daha bir tarixi hadisə baş verib. Argentina millisinin və “İnter Mayami” klubunun superulduzu Lionel Messi peşəkar karyerasında 1,250-ci qol töhfəsini verərək bu göstəriciyə çatan ilk futbolçu kimi tarixə düşüb.
Messi bu əfsanəvi nəticəyə 1,106 oyunda imza atıb. Onun statistik göstəriciləri bir daha sübut edir ki, o, futbol tarixinin ən məhsuldar və təsirli oyunçusudur.
Tarixi göstəricilər belədir:
Bu rəqəmlər Messi-nin 20 ildən artıq karyerası ərzində nə qədər stabil və effektiv olduğunu ortaya qoyur. “Barselona”da başladığı peşəkar karyerasında klub səviyyəsində yüzlərlə qola və asista imza atan Messi Argentina millisində də dünya çempionluğu da daxil olmaqla çoxsaylı uğurlara nail olub.
Qeyd: Messi 866 qolu ilə futbol tarixinin ən çox qol vuran oyunçularından biri olmaqla yanaşı, 384 assistlə də komanda yoldaşlarına olan dəstəyini hər zaman sübut edib. Bu göstəricilər onu həm bombardir, həm də oyun qurucu kimi bir zirvəyə daşıyır.
Lionel Messi-nin bu nəticəyə çatması onun “bütün dövrlərin ən böyüyü” (GOAT – Greatest of All Time) statusunu bir daha möhkəmləndirir.
© Copyright 2026, All Rights Reserved