"Mançester Siti" "Mançester Yunayted"in xahişini rədd etdi
"Mançester Siti" "Mançester Yunayted"in də futbolçularını Parisə aparması xahişini yerinə yetirmədi.
90plus.az xəbər verir ki, "Mançester Yunayted" klubu "Mançester Siti" klubuna müraciət edərək bazar ertəsi günü Parisdə baş tutacaq mükafatlandırma mərasiminə Kobi Mayno və Alexandro Qarnaçonu da özləri ilə aparmalarını xahiş edib. Lakin "Siti" klubu özəl jetdə boş yer olmadığını bildirib.
Mükafatlandırma mərasiminə MS-dən 8, "Arsenal"dan 4 və MY-dən 2 futbolçu yola düşəcək. "Daily Mail" yazır ki, bu addım Ser Cim Retklifin klubda xərcləri azaltmaq tədbirlərinin bir parçasıdır.
© Copyright 2026, All Rights Reserved